image-2000x150px
image-123
image-ads_atlas
image-1650103182_278570251_351585637004435_3247434326296571510_n-1backend

Dövlət Komitəsində blogerlərlə görüş keçirilib – FOTOLAR

image-728x90px

15 aprel 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial media blogerlərilə görüşüb.

İslahat.az xəbər verir ki, görüşdə Komitə yanında İctimai şura üzvləri, gender bərabərliyi, qadın və uşaq hüquqları istiqamətində fəaliyyət göstərən blogerlər – Vəfa Əlizadə, Həmayıl Cəfərli, Saleh Nəsirov, Həvva Səfərova, Şəbnəm Həsənəlizadə, Fidan Nizamova, Nigar Səfərova, Aytac Qəmbərova iştirak ediblər.

Tədbirdə sosial şəbəkələrdə uşaq və qadın hüquqlarının qorunması, onlarla bağlı məlumatların ən düzgün şəkildə ictimaiyyətə çatdırılması, cəmiyyətdə bu sahədə məlumatlılığın artırılması baxımından doğru maarifləndirmənin aparılması kimi mövzular müzakirə edilib. Müzakirələr zamanı Komitənin fəaliyyət istiqamətləri üzrə mümkün əməkdaşlıq məsələləri ilə bağlı təkliflər səsləndirilib.

Bahar Muradova qeyd edib ki, uşaq və qadın hüquqlarının, eləcə də gender bərabərliyinin təmin edilməsi istiqamətində mərkəzi icra hakimiyyəti olan Komitə ictimai rəyə təsir gücünə malik şəxsləri birgə fəaliyyətə cəlb edərək, cəmiyyətdə maarifləndirmə işini gücləndirməyi qarşıya məqsəd qoyub. O, müzakirədə iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirərək, bu görüşün sosial media blogerləri ilə əməkdaşlıqla cəmiyyətdə mənfi halların aradan qaldırılmasına, sağlam düşüncənin formalaşdırılmasına, birgə hədəfə çatmağa töhfə verəcəyinə inamını ifadə edib.

DOĞRU.AZ

image-1650103185_276133058_351535107009488_8850335550238590576_n image-1650103222_278124704_351534723676193_2763262067927430764_n image-1650103168_278190678_351534923676173_2305152224850398137_n image-1650103150_278341582_351563363673329_6830057837468174969_n image-1650103201_278372092_351534787009520_315088472224575624_n image-1650103140_278422033_351534650342867_4347731109072113967_n image-1650103158_278526974_351535057009493_7084983044136021604_n image-1650103182_278570251_351585637004435_3247434326296571510_n-1

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki