Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb.
Bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb .
“Ölənlər arasında 148 kişi və 81 qadın var”, – nəşr yazır.
Axtarış əməliyyatı davam etdirilir.
Ölkənin cənubundakı Geze Qofa bölgəsində güclü yağışlar zamanı torpaq sürüşməsi baş verib.
Daha əvvəl faciə nəticəsində 157 nəfərin öldüyü bildirilirdi.
Mənbə RİA Novosti