image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-65backend

Əfqanıstanın dünya çempionatına vəsiqə qazanmasını qeyd edən kişi həbs olundu

image-728x90px

Əfqanıstanda öz ölkəsinin mini-futbol komandasının qələbəsini “Taliban”a qədər istifadə olunan üçrəngli dövlət bayrağı ilə qeyd edən azarkeş həbs olunub.

Bu barədə Əfqanıstan mətbuatı xəbər verib.

Saxlanılan şəxs Herat sakini Şah Məqsud adlı sahibkardır. O, üç dostu ilə birlikdə ilk dəfə dünya çempionatına vəsiqə qazanan minifutbol komandasının qələbəsini qeyd edərkən “Taliban”ın təsis etdiyi əxlaq polisi tərəfindən saxlanılıb.

Bir müddət sonra məlum olub ki, Şah Məqsud qələbə sevincini “Taliban”a qədər Əfqanıstanın rəsmi bayrağı olan atributla qeyd etdiyinə görə saxlanılıb.

Lakin saxlanılan şəxsə qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü qeyd edilməyib.

Xatırladaq ki, Əfqanıstanın hazırkı bayrağı ağ parçanın üzərində qara hərflərlə kəlmeyi-şəhadət yazılan atributdur.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki