Doğru.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Daxili audit departamentinin sabiq rəisi Elvin Hacıyev yeni vəzifəyə təyin olunub.
Məlumata görə, 2025-ci ilin may ayından etibarən Elvin Hacıyev Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Təhlil və Koordinasiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Müvafiq əmri maliyyə naziri bir neçə gün əvvəl imzalayıb.
Qeyd edək ki, Elvin Hacıyev cari ilin aprel ayında “Bakı Metropoliteni” QSC-dəki vəzifəsindən azad olunmuşdu.
Elvin Hacıyev Lerik rayonunda anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə bakalavr və magistr təhsillərini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Böyük Britaniyada – London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) “Mühasibat uçotu, təşkilatlar və institutlar” ixtisası üzrə magistr dərəcəsi alıb.
O, peşəkar fəaliyyətinə Auditorlar Palatasında başlayaraq müxtəlif vəzifələrdə çalışıb. Həmçinin İqtisadiyyat Nazirliyi, Hesablama Palatası və Azərbaycan İnvestisiya Holdinqində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
DOĞRU.AZ