image-2000x150px
image-123
image-ads_atlas
image-gnttjwcxeaaj62nbackend

Ərdoğan İrakli Kobaxidze ilə görüşüb

image-728x90px

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Prezident sarayında rəsmi mərasimlə qarşılayıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası rəsmi X hesabında paylaşım edib.

İrakli Kobaxidze və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.

Görüşlər zamanı iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələri başda olmaqla, qarşılıqlı münasibətlər müzakirə ediləcək. Regional və beynəlxalq əlaqələrin də gündəmdə olacağı görüşlərdə xüsusilə Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadilələrinin aparılması gözlənilir.

Sonra Türkiyə Prezidenti ilə Gürcüstanın Baş naziri mediaya birgə açıqlama verəcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki