image-n1karobka_ads
image-123
image-videocapture_20250517-183004backend

Ərdoğan Makronun barmağını buraxmadı – Avropa Zirvəsində maraqlı anlar

Doğru.az yazır, Albaniyada keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısı zamanı maraqlı anlar yaşanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makronun görüşü sosial şəbəkələrdə gündəm olub.

Türkiyəli jurnalist İbrahim Haşkoğlunun paylaşdığı videoda görünür ki, Makron Ərdoğanın əlini salamlayarkən barmağını Prezidentin əlindən çıxarmağa çalışır, lakin Ərdoğan onun barmağını buraxmır.

Haşkoğlu bu görüntülərlə bağlı “Fransa lideri Makron əlini prezident Ərdoğanın əlinin üzərinə qoyduqdan sonra Ərdoğan Makronun barmağını buraxmadı” sözlərini yazıb.

Qeyd edək ki, bundan əvvəl də Makronun ABŞ Prezidenti Donald Trampla görüşündə bənzər bir jest – əlini Trampın dizinə qoyması – medianın diqqətini çəkmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki