Ermənistanda əsgər özünü güllələyib.
Doğru.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə Qeqarkunik rayonunda (Göyçə mahalının Çəmbərək rayonu) baş verib.
Polis müəyyən edib ki, 19 yaşlı Tiqran Ç. odlu silahı doldurarkən ehtiyatsızlıqdan ayağına atəş açıb. Hərbi qulluqçu xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı İstintaq Komitəsində cinayət işi başlanıb.
DOĞRU.AZ