image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2024-04-13t091714-953backend

Ermənistanda əsgərlərin iştirakı ilə daha bir yol-nəqliyyat hadisəsi baş verib

image-728x90px

Ermənistanda əsgərlərin iştirakı ilə son sutkada ikinci yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Geğarkunik mərzinin Ardanış kəndi yaxınlığında hərbi “KamAZ” markalı yük maşınının qəzaya uğraması nəticəsində iki hərbçi xəsarət alıb.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan təsdiqləyib. Onun sözlərinə görə, əsgərlər yüngül xəsarət alıblar və onların həyatları üçün təhlükə yoxdur.

Qeyd edək ki, aprelin 12-də saat 15:25-də hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanmışdı, hadisə nəticəsində dörd hərbçi ölmüşdü.

Mənbə: Sputnik Ermənistan

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki