image-n1karobka_ads
image-123
Əsgərimizin hamını kövrəldən mesaji – Fotolarbackend

Əsgərimizin hamını kövrəldən mesaji – Fotolar

image-ad_qayo_720x110px

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə hərbçilərimiz divarlara müxtəlif yazılar yazır. Onlar arasında ən çox yayılan və insanları kövrəldən “Maştağa, 1 nömrəli internat” sözləri olub.

Doğru.az” Axşam.az-a istinadən xəbər verir ki, yazını yazan İkinci Qarabağ müharibəsinin iştirakçılarından biri Elçin Əhmədov olub. Bir çoxları qısa zamanda sosial şəbəkədə sürətlə yayılan fotodakı yazının sahibini tapmağa çalışıb. Məlum olub ki, Elçin Əhmədov özü həmin internat məktəbində böyüyüb. İndi 3 övladı var. Döyüşlər başlayanda da könüllü olaraq müharibəyə yollanıb.


E.Əhmədov bu gecə sosial şəbəkə hesabında əsgər yoldaşları ilə birgə döyüş zamanı çəkdirdiyi şəkli paylaşaraq bunları yazıb:

“Yastığımız Vətən daşı, yorğanımız qar olsun. Neçə vaxtdır sosial şəbəkələrdən uzağıq. İndi görürəm ki, bəzi təxribatçılar ağlına gələni də yazır. Siz bilmirsiniz buralar necə soyuqdur, necə əziyyətlərə qatlanırıq. Ali Baş Komandanımız hər şeyi götür-qoy edir. Nə etdiyini də gözəl bilir. Biz nə soyuqdan, nə şərəfsiz düşmənimizdən qorxuruq. Bəli, müharibədir, hər şeyə dözməliyik, şükürlər olsun dözürük də. Hara qədər desələr, nə vaxta qədər desələr Vətən keşiyində durmağa hazırıq. Təxribatlara uymayın, hər şey yaxşıdır, hər şey də ölkəmizin, xalqımızın xeyrinədir. Siz bilmədiyiniz çox şey var, zamanı gəlincə hər şeyi biləcəksiniz. İndi sizlərə sadəcə səbrli olmaq, ölkəmizin, rəhbərimizin yanında olmaq, onun fikirlərini dəstəkləmək düşür. Vaxt var idi nə Şuşa, nə Kəlbəcər, nə də işğal olunmuş rayonlarımızı görə bilirdik. İndi isə Şuşada biz çay içirik, ocaqda qaynatdığımız çay. Allah Prezidentimizi qorusun. Biz tək Ermənistanla savaşırıq, Ali Baş Komandanımız isə Dünyayla”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki