image-2000x150px
image-123
image-ads_atlas
image-17123173632842716501_1200x630backend

Estoniya mətbuatı ABŞ Dövlət katibinin Prezident İlham Əliyevlə telefon danışığından yazıb

image-728x90px

Baltikyanı ölkələrdə fəaliyyət göstərən nüfuzlu DELFI Media Qrupunun Estoniyadakı internet-nəşri ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi ilə əlaqədar məqalə yayımlayıb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, “Əliyev: Azərbaycan ABŞ ilə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır” sərlövhəsi ilə dərc olunmuş məqalə geniş oxuyucu kütləsində maraq doğurub.

Məqalədə aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması, anti-Azərbaycan mahiyyəti daşıyan addımların atılması, Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğu, Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyəti barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğu və digər vacib məsələlər haqqında dövlətimizin başçısının söylədikləri ətraflı şəkildə şərh edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki