Şəmkirdə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Report.az xəbər verir ki, 1993-cü il təvəllüdlü A.Məmmədov evin həyətində yerləşən tövlənin dam örtüyündən ot bağlaması düşürərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.
Hadisə zamanı A.Məmmədovun başı beton səthə çırpılıb.
Ağır xəsarət alan zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
DOĞRU.AZ




























