image-n1karobka_ads
image-123
image-b7e59662-1954-3c39-8eef-2f3eac4f3477_850backend

Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü yenidən səsverməyə çıxarılacaq

image-ad_qayo_720x110px

Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tamhüquqlu üzvlük məsələsi sabah yenidən səsverməyə çıxarılacaq.

Qətnamə layihəsinə BMT Baş Assambleyasında baxılacaq və cümə günü səsverməyə çıxarılacaq.

Sənəddə Fələstin xalqının öz müqəddəratını təyinetmə və dövlət qurmaq hüququ yer alır, BMT baş katibini qətnamənin icrası üçün lazımi addımlar atmağa çağırır.

193 üzvdən ibarət BMT Baş Assambleyasının Fələstinin tamhüquqlu üzvlüyünü təsdiqləməsi üçün səslərin üçdə ikisi qətnamənin lehinə olmalıdır.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki