image-n1karobka_ads
image-123
image-8b0d3157-ab4a-32f4-9979-9a39b16e1118_850backend

FHN Xocavənd, Şuşa və Xocalıdakı yanğınları söndürüb

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, Xocavənd rayonunun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir ki, mürəkkəb relyefə və şəraitə baxmayaraq, yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı nəticəsində alovun qarşısı alınıb.

Hazırda isə Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri ərazisində baş verən yanğınların söndürülməsi istiqamətində tədbirlər intensiv və fasiləsiz davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki