Filippində baş verən güclü zəlzələ insan tələfatına səbəb olub.
Doğru.az xəbər verir ki, ABS-CBN News-un məlumatına görə, Sebu əyalətinin San Remigio şəhərində qeydə alınan 6,9 bal gücündə yeraltı təkanlar nəticəsində biri uşaq olmaqla 5 nəfər həlak olub.
Xatırladaq ki, daha əvvəl həmin zəlzələ barədə məlumat yayılmış və Daanbantayan şəhərindəki katolik kilsəsinin qismən dağıldığı bildirilmişdi.
DOĞRU.AZ