Filippin sahillərində baş verən güclü zəlzələ faciəyə səbəb olub.
Doğru.az xəbər verir ki, Fövqəladə Hallar Mərkəzinin məlumatına görə, hadisə nəticəsində 30 nəfər həlak olub, 37 nəfər isə yaralanıb.
Məlumata əsasən, cəsədlərin Sebu əyalətinin Boqo şəhər xəstəxanasına gətirilməsi davam edir.
Xatırladaq ki, daha əvvəl GMA News ölənlərin sayının 26 nəfərə çatdığını bildirmişdi.
DOĞRU.AZ