Finlandiyanın Avra icmasında iki helikopter toqquşub və səmada qəzaya uğrayıb. Cənub-Qərbi Finlandiya Polis Departamentindən verilən məlumata görə, hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır və istintaq hərəkətlərinə başlanılıb.
“Səlahiyyətlilər qəza yerində xilasetmə, yanğınsöndürmə və təhqiqat işlərini davam etdirir”, – press-relizdə deyilir.
Helikopterlər Eure dolama yolundan təxminən 700 m aralıda bir-birindən təxminən 100 m məsafədə meşəlik ərazidə tapılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
DOĞRU.AZ