Florida hakimiyyəti 5,5 milyondan çox ştat sakininə Milton qasırğası yaxınlaşdıqca evlərini tərk etməyi və təxliyə etməyi tövsiyə edib.
“The New York Times” qəzetinin yazdığına görə , evakuasiya ştatın tarixindəki ən böyük evakuasiyalardan biri olub.
Qeyd olunur ki, hakimiyyət əsas evakuasiya yollarında tıxacların yaranmaması üçün vətəndaşlardan ən yaxın sığınacaqlara getməyi və ölkənin daxili ərazilərinə uzağa getməməyi xahiş edib.
Bundan əvvəl CNN bildirmişdi ki, Floridada təxminən 1,5 min yanacaqdoldurma məntəqəsi Milton qasırğası ərəfəsində yanacaqsız qalıb.
Miltonun mövcud olmayan altıncı kateqoriyaya qədər güclənə biləcəyi barədə də məlumatlar var idi.
Mənbə The New York Times