image-n1karobka_ads
image-123
image-dc95746e9d100587b6cd8139f7bf0c08backend

Fövqəladə Hallar Nazirliyi: Krımda yanğın sahəsi 75 hektardır

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Krımda yanğının sahəsi 75 hektara çatıb.

Nazirlikdən verilən məlumata görə , mütəxəssislər yanğının SNT Volna və Rassvetə keçməsinin qarşısını ala biliblər.

“Bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopterləri artıq 50 ton su atıb”, – idarənin açıqlamasında deyilir.

Yanğının söndürülməsində 380-dən çox yanğınsöndürən iştirak edir. 105 texnika cəlb olunub.

Əvvəllər Krımda təbii yanğın sahəsinin 45 hektar olduğu bildirilmişdi.

Mənbə RT rusca

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki