Fransada və Pireney yarımadasında gələn həftədən etibarən sərin hava isti dalğalarını əvəz edəcək.
Bu barədə Bloomberg agentliyi Maxar Technologies şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Bu bölgələrdə bu mövsüm üçün həddindən artıq yüksək temperaturun yaxın beş gündə də davam edəcəyi gözlənilir. Mütəxəssislərin proqnozlarına görə, termometrlər +35°C ilə +45°C arasında olan dəyərləri göstərəcək.
“Şimali yarımkürədə meşə yanğınlarından tutmuş daşqınlara və şiddətli fırtınalara qədər çox ekstremal hava şəraiti olan yay oldu. Dünyanın ən isti ayı iyul ayında qeydə alınıb.
Mənbə: Bloomberg