image-2000x150px
image-123
image-ads_atlas
Füzulidə minaya düşənlərlə bağlı –Açıqlama verildibackend

Füzulidə minaya düşənlərlə bağlı –Açıqlama verildi

image-728x90px

Doğru.az xəbər verir ki, bu gün 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Baş verən hadisə nəticəsində B.İmanov həlak olub, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki