image-ads_n1karobka_mobile
Füzulinin ərazisi minalardan təmizlənirbackend

Füzulinin ərazisi minalardan təmizlənir

İşğaldan azad edilən Füzuli rayonunun minalardan təmizlənməsi işlərinə başlanılıb.

Doğru.az” Trend-ə istinadən xəbər verir ki, bunu Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib.
Onun sözlərinə görə, artıq Füzuli rayon Polis şöbəsi işğaldan azad edilən əraziyə köçürülüb:
“Ərazidə komendantlıq yaradılıb. Hazırda Füzuli-Əhmədbəyli avtomobil yolunun çəkilməsi üçün layihələndirilmə işləri aparılır. Ərazilərin minalardan təmizlənməsi başa çatandan sonra digər tikinti-təmir işlərinə başlanacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki