image-n1karobka_ads
image-123
image-6503cec2a67696503cec2a676a16947483546503cec2a67666503cec2a6768backend

Füzuliyə köçən daha 25 ailəyə mənzillərinin açarları təqdim olunub

Füzuli şəhərinə bu gün köçürülən 25 ailəyə mənzillərinin açarları təqdim edilib. 

APA-nın Qarabağ bürosu xəbər verir ki, yeni köçürülən ailələri qarşılayan Qarabağ iqtisadi rayonunda daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Natiq Hüseynov yeni köçürülən ailələrə mənzillərin açarlarını təqdim edib.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar. Bununla da Füzuli şəhərində 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki