image-2000x150px
image-123
image-ads_atlas
image-4fcd0e2d-67c2-4ceb-9379-deb63b85506bbackend

“Gələcək bizimlə gələcək” adlı sərgi YAP Yasamal rayon təşkilatında təşkil olundu

image-728x90px

Layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu YAP Yasamal rayon təşkilatı ilə birgə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində 2 Fevral-Gənclər gününə həsr olunmuş “Gələcək bizimlə gələcək” adlı sərgi YAP Yasamal rayon təşkilatında təşkil olundu. Sərgidə respublikanın müxtəlif bölgələrindən müxtəlif yaş qruplarında olan 125 rəssam, 125 müxtəlif texnikalarda işlənmiş rəsm əsərləri ilə iştirak edirdi. Sərgini giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev müasir Azərbaycanın qurucusu, ümummilli lider, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunmasını bildirdi. Eyni zamanda Bəxtiyar müəllim qeyd etdi ki, bildiyimiz kimi 29 sentyabr 2022-ci il tarixli qərara əsasən cənab prezident İlham Əliyev tərəfindən 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilmişdir. Bu qərara əsasən YAP Yasamal rayon təşkilatı olaraq biz də il boyu silsilə şəklində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş sərgilər, tədbirlər, etüdlər təşkil edəcəyik. Daha sonra sərgidə iştirak edən rəssamları 2 Fevral-Gənclər günü münasibətilə təbrik edib uğurlar arzuladı. Sözü layihə rəhbəri Elnurə İsgəndərovaya verdi. Elnurə xanım həmkarlarını salamlayıb sərgilərin respublikanın hər bölgəsindən olan rəssamların tələbələri yüksək ruhda yetişdirilməsinə , pis vərdişlərdən uzaq olmasında mühüm rol oynadığını bildirdi. Sonda rəssamlar 2 Fevral Gənclər gününə özəl diplom və medalyonlarla təltif olundular.
Müxbir : Minə Məmmədova
Fotoqraf: Mahir Əhmədov

image-316a3f31-2790-4678-86aa-392fe5537ad3 image-355b24a4-e731-4b4f-b7a2-597a8ce2ef81 image-6899b55f-92cb-4e2e-ae43-0a6519e86d3a image-60457f6f-3272-4f2d-8730-ada09cf668db image-a844ca04-4e27-49dc-ae83-f6d6730ca5fdimage-4fcd0e2d-67c2-4ceb-9379-deb63b85506b image-6ad2784c-5cb1-4b80-99a6-41d658d688b7-1 image-6ad2784c-5cb1-4b80-99a6-41d658d688b7 image-32acb56d-1786-40da-919a-e46a81fcef2b

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki