image-2000x150px
image-123
image-ads_atlas
image-386442172_1457417734829027_5819875123336050714_nbackend

Gənc Mühasiblər İctimai Birliyi “Dövlət-özəl sektor-QHT əməkdaşlığı: problemlər və həlli yolları” layihəsinin icrasına davam edir – Foto

image-728x90px

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi Dövlət, özəl sektor və QHT əməkdaşlığının sahəsində mövcud problemlərin araşdırılması, müzakirəsi və bu istiqamətdə şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə Bakı şəhərində mövcud “Dövlət – Özəl sektor – QHT əməkdaşlığı” Platforması tərəfindən 06 noyabr 2023-cü il tarixində  ikinci Dəyirmi Masa keçirildi. Dəyirmi Masa zamanı “Dövlət-Özəl sektor- QHT əməkdaşlığı” Platformasının Əsasnaməsinin ilkin versiyası iştirakçılara təqdim edildi. Dövlət, Özəl və QHT sektorundan olan nümayəndələr Əsasnamə və Platformanın fəaliyyəti ilə bağlı təkliflərini irəli sürdülər. Həmçinin sonda yekun müzakirələr keçirildi və hər 3 sektoru əhatə edən məsələlər qeydə alındı.

Qeyd edək ki, layihə 01 avqust 2023-cü il tarixindən  15 noyabr 2023-cü il tarixinə qədər müddəti əhatə edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki