image-2000x150px
image-123
image-ads_atlas
image-ictimai_769581562794f333f89be5e4bd153045_agnk6zmojclrfq7ybh8pbackend

Gənc Mühasiblər İctimai Birliyinin “Dövlət-özəl sektor-QHT əməkdaşlığı: problemlər və həlli yolları” layihəsi yekunlaşdı

image-728x90px

Gənc Mühasiblər İctimai Birliyinin “Dövlət-özəl sektor-QHT əməkdaşlığı: problemlər və həlli yolları” layihəsi yekunlaşıb.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirildi.

Layihənin əsas məqsədi Dövlət, özəl sektor və QHT əməkdaşlığının sahəsində mövcud problemlərin araşdırılması, müzakirəsi və bu istiqamətdə şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsindən ibarət idi. Bu məqsədlə Bakı şəhərində mövcud “Dövlət – Özəl sektor – QHT əməkdaşlığı” Platforması tərəfindən iki Dəyirmi Masa keçirildi. Hər iki Dəyirmi Masa  Dövlət, Özəl, QHT sektorunun nümayəndələrin iştirakı ilə baş tutdu. Belə ki, “Dövlət-Özəl sektor- QHT əməkdaşlığı” Platformasının Əsasnaməsinin  hazırlanması istiqamətində ilk növbədə təkliflər verildi, Platforma fəaliyyətinin təkmilləşməsi ilə bağlı fikirlər irəli sürüldü. Növbəti Dəyirmi Masada isə Platformanın Əsasnaməsinin ilkin versiyası iştirakçılara təqdim edildi. Dövlət, Özəl və QHT sektorundan olan nümayəndələr Əsasnamə və Platformanın fəaliyyəti ilə bağlı təkliflərini irəli sürdülər. Həmçinin sonda yekun müzakirələr keçirildi və hər 3 sektoru əhatə edən məsələlər qeydə alındı. Mövcud problemlərlə bağlı  müvafiq dövlət qurumlarına təqdim edilməsi üçün təkliflər hazırlandı.

Layihə nəticəsində hər 3 sektorun əməkdaşlığının gücləndirilməsi fəaliyyəti aparıldı, sektorlararası şəffaflığın artması və effektiv əməkdaşlığın təmini istiqamətində addımlar atıldı.

Qeyd edək ki, layihə 01 avqust 2023-cü il tarixindən  15 noyabr 2023-cü il tarixinə qədər müddəti əhatə etdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki