image-n1karobka_ads
image-123
image-70fc5f04160821296184393524210629174-1backend

Gəncədə orta məktəb şagirdləri zəhərlənib

image-ad_qayo_720x110px

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

Doğru.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, 8 nəfər (5 kişi, 3 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş mənşəli qastroenterit və kolit diaqnozu qoyulan pasiyentlərə tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edilir ki, hadisə M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdlərinin dünən axşam radələrində yedikləri dönərdən zəhərlənməsi ilə bağlıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki