image-2000x150px
image-123
image-ads_atlas
image-chevr-pic_32ratio_900x600-900x600-4965backend

GM damları çatladığına görə məşhur pikapların satışını dayandırıb

image-728x90px

General Motors sərnişin zonasında damda çatlar yarandığı üçün Chevrolet Silverado və GMC Sierra pikaplarının satışını dayandırmaq məcburiyyətində qalıb.

Bu barədə “Motor1” məlumat yayıb.

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) 3 mindən çox avtomobili yoxlayır. Dilerlərə göndərilən mesajda deyilir ki, dam çatma riski olan avtomobillərin tədarükü noyabrın 20-dən dayandırılıb. Bir çatlaq aşkar edilərsə, onu qaynaq etmək tövsiyə olunur, bu da hava yastıqlarının və döşəmənin çıxarılmasını tələb edir. Korroziyaya qarşı material və mastikdən istifadə edilməklə qaynaq işləri aparıldıqdan sonra pikapların dam örtüyü yenidən rənglənəcək.

GM sözçüsü nəşrə bildirib ki, dam panellərinin qaynaqları qüsurlu olan avtomobillərin satışına qadağa qoyulub. Qüsurlu avtomobillər müəyyən edilib. Onların təmirinə nə qədər vaxt lazım olacağı barədə məlumat yoxdur.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki