GTA 6-nın 2022-ci ildə sızan versiyasının fayllarında oyundakı kiçik personajların (NPC) süni intellektinin (AI) GTA 5-dəkindən xeyli yaxşı olacağına dair məlumatlar aşkar edilib. Bu barədə Wccftech-ə istinadən məlumat verilir.
Tobbelobben, sızan GTA 6 fayllarında süni intellektlə sazlama menyusunu kəşf etdi. Ondan məlum oldu ki, oyundakı NPC-lərdə ProceduralMotion, EmotionalLocoRequests, Expressions və Jest kimi parametrlər olacaq. Yəni, çox güman ki, ikinci dərəcəli personajlar oyunçunun yaratdığı müxtəlif vəziyyətlərə real vaxt rejimində reaksiya verə biləcəklər. Reaksiya təkcə hərəkətlərdə deyil, həm də mimika və duyğularda özünü göstərəcək. Həmçinin, NPC-lər oyunçunu və onun hərəkətlərini xatırlayacaq, bu da onlara yenidən qarşılaşdıqda fərqli reaksiya verməyə imkan verəcəkdir.
Həmçinin oyun materiallarında GTA 6-da heyvanların qeyri-adi xüsusiyyətlərinə dair sübutlar tapılıb.Onların davranışları daha ağıllı və real olacaq. Oyunun digər Rockstar Games oyunlarından daha dərin bir təbiət simulyasiyasına sahib olacağı gözlənilir.
Mənbə: Gaztea.ru