Serbiya və Xorvatiya sərhədində yerləşən Dunay çayında min ton azot gübrəsi daşıyan Almaniyanın “Lola 5” barjı dibinə batıb.
Bu barədə Serbiyanın RTS portalı yazır.
Jurnalistlərin məlumatına görə, insident yerli vaxtla saat 00:00 radələrində baş verib – Almaniya bayrağı altında “Antonia” yedək gəmisi ilə sıxışdırılan barj Xorvatiyanın İlok şəhəri yaxınlığında körpünün dayağına çırpılıb.
Hadisədən sonra keçiddə nəqliyyatın hərəkəti dayandırılıb və Xorvatiya hakimiyyəti körpünün öz tərəfindəki keçid məntəqəsini bağlayıb. Hadisə yerində polis və ekoloqlar keçidə və ətraf mühitə dəymiş ziyanın həcmini müəyyən etmək üçün işləyirlər.
Mənbə: Haberler.com