image-n1karobka_ads
image-123
image-tass_53837686-pic_32ratio_900x600-900x600-52090-1backend

Gürcüstan Soçidən Batumiyə laynerin gəlməsini Rusiya Federasiyasının təxribatı adlandırıb

Gürcüstan prezidenti Salome Zurabişvili Astoria Grande laynerinin Soçidən Batumiyə gəlməsini Rusiyanın təxribatı adlandırıb.

Bu barədə dövlət başçısı “Twitter” səhifəsində yazıb.

“Mən Rusiyanın son təxribatına – Rusiya kruiz gəmisinin Gürcüstanın Batumi limanına səfərinə dinc şəkildə etiraz edən xalqımızla fəxr edirəm”, – Zurabişvili bildirib.

Gürcüstan ərəfəsində Rusiyadan gələn layner önündə etiraz aksiyası keçirib. Buna baxmayaraq, Astoria Grande layneri ilə gələn 800-ə yaxın rusiyalı turist Qara dənizdəki kurort şəhərciyi və onun ekskursiya obyektlərini ziyarət edə bilib.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki