Dogru.az xəbər verir ki, “Hacı Nuran öz instqram seyfəsində məlumat verib” Əgər məndən “sənin üçün dünyanın ən gözəl yeri haradır?”, deyə soruşsalar mən əsrarəngiz QARABAĞI, başı qarlı Şahdağı, mavi gözlü Göygölü, səfalı Hacıkəndi, möcüzəvi Əsabu Kəfi, heyrətamiz Koroğlu qalasını, əfsanəvi İçərişəhəri göstərərəm … Yurdum Azərbaycandır bura! … Dünyanın ən gözəl, ən misilsiz, ən bənzərsiz yeri … “Bura Vətəndir … Əlim çatandır … Ünüm yetəndir …. bura Vətəndir” … “Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar …” – deyirdi böyük Səməd Vurğun … “Öncə Vətən, ikinci xalq, sonra mən” kəlamı hamımızın həyat amalı olmalıdır … Vətənpərvərlik ana laylalarıyla başlayır … Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır … Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır … Vətənə, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda da yaşadılır … Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızda böyük məhəbbətlə tərənnüm edilir … Vətən ana ilə bərabər tutulur … Oğuz igidləri “Vətən haqqı ana haqqıdır” – kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanıb, onu göz bəbəyi kimi qoruyurlar … ?? …


























