Almaniyanın Hamburq limanı ərazisində yerləşən anbarda güclü yanğın baş verib. Bild-in məlumatına görə, saat 15:31-də (Moskva vaxtı ilə 16:31) anbarda yanğın barədə məlumat daxil olub.
Doğru.az xəbər verir ki, ilkin ehtimallara görə, ərazidə avtomobil yanıb və bir neçə dəfə qaz balonlarının partlayış səsləri eşidilib. Yanğınsöndürənlər hadisə yerinə cəlb edilsə də, “uçan dağıntılar” səbəbindən alovun mənbəyinə yaxınlaşmaq mümkün olmayıb.
Qatı tüstü yaxınlıqdakı müəssisələri bürüyüb, lakin ölənlər barədə məlumat yoxdur.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın Çelyabinsk vilayətində quşçuluq fermasında yanğın baş vermiş, 7000 m² sahədə dam örtüyü yanmışdı.
DOĞRU.AZ