HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində yaranan hər hansı çətinlikdə İsraili günahlandırıb.
Hərəkatın sosial şəbəkələrdə yaydığı bəyanatda deyilir: “Öhdəliklərini yerinə yetirməyən İsraildir, ona görə də sazişin həyata keçirilməsində hər hansı çətinlik və gecikmə onun məsuliyyətidir”.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki , HƏMAS fevralın 15-dək israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edəcək . O, yenə də Fələstinin HƏMAS hərəkatını məhv edəcəyinə söz verib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, HƏMAS fevralın 15-i günortaya qədər bütün girovları azad etməsə, Qəzza zolağında atəşkəs ləğv edilməlidir.
DOĞRU.AZ