Anlarımızı canlı tutmaq, onları təkrar-təkrar yaşaya bilmək üçün fotolar çəkən Azərbaycanın istedadlı, peşəkar, vətənimizi dünya fotoqrafiya aləmində tanıdan fotoqraflarımızdan biri də Natiq İsayevdir.
Doğru.az “Ekskluziv.az”a istinadən, fotoqraf Natiq İsayevdən aldığı müsahibəni oxucularına təqdim edir:
-Foto çəkiliş etmək üçün istedad lazımdırmı?
– Fotoqraflıq əslində dərin bir sənət növüdür. Fotoqraflıq insanın gördüyü komponentləri xüsusi texnikalar ile vizual sənətə çevirməsidir. Foto çəkiliş etmək üçün ilk növbədə insana xüsusi istedaddan daha çox səbr tələb olunur. Çünki həyatda bütün gözəl ve uğurlu kadrların arxasında ən birincisi səbr dayanır.
Niyə məhz səbr?
– Ona görə ki, hər bir fotoqraf oz çəkdiyi fotolarını, cəmiyyətə çatdırdığı o gözəl kadrları ərsəyə gətirmək üçün saatlarını və günlərini qurban edir. Qarşısına məqsəd qoyan hər bir fotoqraf ən gözəl uğurlara, ən gözəl yüksəkliyə layiqdir.
Fotoqraf olduğunuza görə peşman olduğunuz anlar baş veribmi?
– Qətiyyən, belə hallar heç vaxt baş verməyib.
Bildiyimiz qədər siz həm də ekstremal fotolar (hərbi döyüş xarakterli) da çəkirsiniz. Hazırda ön xətdə vəziyyət necədir?
– Bəli çəkirəm. Deyərdim ki, hərbi sahəni həmişə işıqlandırmağı sevmişəm. Bu mənim üçün şərəfdir. Cəbhədə olan son vəziyyətə gəldikdə isə durumlar artıq göz önündədir. Azərbaycan ordusu artıq döyüş meydanında öz sözünü dedi. Unutmayın ki, əsgər sizin fəth etdiyiniz her zirvədən yüksəkdədir. Əsgərdən də yüksəkdə olan isə bayrağımızdır. Məhz onun sancdığı bayraq … Onun kölgəsi isə bizim Vətənimizdir. Vətəninə sahib çıxan əsgərlərəmiz var. 45 gün ərzində azad etdiyimiz hər qarış torpaqda tökülən şəhid qanı, o dağlarda və zirvələrdə daim dolaşacaq. Mən bütün şəhid qardaşlarımızın ruhu qarşısında baş əyirəm. Onlarla çiyin-çiyinə döyüşlərdə iştirak etmək mənim üçün bu həyatda ən böyük şərəf oldu.
Müharibə və dinc dövrdə fotoqraflıq etmək nə ilə fərqlənir, problem yaşayırsınızmı?
– Şükürlər olsun ki, istər dinc dövrdə, istərsə də, müharibə dövründə heç bir problem yaşamamışam . O ki, qaldı fərqlərə məlum məsələdir. Hərbi fotoqraf olmaq daha çox məsuliyyət tələb edir. Məncə, hər kəs mənimlə razı olar.
Hazırda ön xətdə çəkdiyiniz fotolar niyə yayımlanmır?
-İnşaallah, tezliklə fotolar rəhbərlik tərəfindən təsdiq olunandan sonra sizlərə təqdim ediləcək.
Sonda oxuculara nə demək istərdiniz?
– Son olaraq, operativliyə görə “Ekskluziv.az” saytının komandasına ve rəhbərliyinə təşəkkürümü bildirirəm. İnşaallah, tezliklə qələbə fotoları nəinki ölkəmizdə, hətta dünyanın hər bir yerinde yayəmlanacaq. Fikrimi Ali Baş Komandanımızın sözləri ilə tamamlamaq istərdim. Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!