image-2000x150px
image-123
image-ads_atlas
image-1717585229159233508_1200x630backend

Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin birgə tədbiri

image-728x90px

Milli Qurtuluşun – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışının 31-ci ildönümü və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Şəmkir rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçularının iştirakı ilə birgə tədbir keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz, unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Hərbi prokurorun böyük köməkçisi – mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb. Sonra Firad Əliyev, Hərbi Prokurorluğun Hüquqi Təminat və İnsan Hüquqları Məsələləri şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Səməd Əliyev, Şəmkir hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı İlham Babayev və digər şəxslər çıxış ediblər.

Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan gələcəyimizi işıqlandıran dünyaşöhrətli nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Çıxışçılar, həmçinin vətənpərvər dahi şəxsiyyətin Azərbaycanın qüdrətlənməsinə hesablanan mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddət ərzində ölkəmizdə görülən müstəsna işləri vurğulayıblar. Həyata keçirilən hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılan uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından, bu nailiyyətlərin əldə edilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışılıb.

Tədbirdə, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən söhbət açılıb. Eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən bəhs olunub.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.

DOĞRU.AZ

image-17175852295305511286_1200x630 image-17175852296267240548_1200x630 image-17175852293034660236_1200x630 image-1717585229247749999_1200x630 image-17175852296326562859_1200x630 image-17175852293752464506_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki