image-n1karobka_ads
image-123
image-68873f9fae5ac969ce339f97backend

Həştərxanda yaşayış binasında uçqun baş verib

image-ad_qayo_720x110px

Həştərxanın Lyaxova küçəsində yerləşən yaşayış binasının giriş hissəsinin bir qismi uçub.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda hadisə yerində xilasedicilər çökmənin nəticələrini aradan qaldırır:

“Sakinlər təxliyə edilir və ehtimal olunan qurbanlar axtarılır”, – deyə məlumatda qeyd olunub.

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi Zaporojya vilayətində baş vermiş oxşar hadisə nəticəsində iki nəfərin həlak olduğunu bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki