image-n1karobka_ads
image-123
image-phygital_games-dota2-kim-_0206_001-00273-pic_32ratio_900x600-900x600-92669backend

Həvəskarlar oyunlarda Windows və Linux-u müqayisə ediblər

“Computer Base” portalı “Valve Proton” alətindən istifadə etməklə “Windows” və “Linux” əməliyyat sistemlərinin oyun performansının müqayisəli təhlilini aparıb.

Məlum olub ki, bəzi oyunlar Linux-da Windows-dan daha sürətli işləyir.

Sınaqda Asus ROG Strix B550-A Gaming anakartı, 32 GB DDR4-3600 RAM, Radeon RX 6700 XT Nitro video kartı və AMD Ryzen 7 5800X prosessoru olan kompüterdən istifadə edilib. Oyunlar AMD FSR-dən istifadə etmədən 144 Hz yeniləmə tezliyi olan monitorda Full HD təsvir ölçüsündə işləyirdi.

Seçilmiş əməliyyat sistemləri Microsoft Windows 11, Nobara Linux (Fedora əsasında), Arch Linux və POP!_OS (Ubuntu əsasında) olub. Bütün Linux paylamalarında Proton Eksperimental paketi 15 noyabr 2023-cü ildə quraşdırılıb.

Beləliklə, Nobarada Cyberpunk 2077-də orta FPS 89,6, Arch Linux – 88, Windows 11 – 82,3, POP!_OS-da isə 72,7 təşkil edib. Testlər həmçinin Forspoken, Starfield və The Talos Principle II proqramlarında aparılıb, hansı ki, Linux paylamaları Windows-dan daha yaxşı işləyir.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki