Doğru.az xəbər verir ki, Hindistanın cənubundakı Telanqana ştatında yerləşən “Sigachi Industries” şirkətinə məxsus kimya zavodunda güclü partlayış baş verib. Nəticədə azı 34 nəfər həyatını itirib.
Bu barədə “ANI” agentliyi məlumat yayıb.
Onlarla yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir və hazırda xəstəxanalarda müalicə olunurlar.
Ştat hökuməti hadisənin səbəblərinin araşdırılması üçün təcili istintaqın başladıldığını açıqlayıb.
Partlayışın baş verdiyi ərazidə dağıntıların təmizlənməsi işləri davam edir.
DOĞRU.AZ