image-2000x150px
image-123
image-ads_atlas
image-india_election_110419backend

Hindistanda milyarda yaxın insan səs verəcək

image-728x90px

Hindistan Seçki Komissiyası aprelin 19-da başlayacaq ümumi seçkilərin yeddi mərhələdə keçiriləcəyini və səsvermənin bitməsindən üç gün sonra nəticələrin iyunun 4-də açıqlanacağını bildirib.

Seçki prosesi zamanı ştatlar müxtəlif vaxtlarda səs verəcəklər. Bir milyarda yaxın seçici parlamentin aşağı palatasına 543 deputat seçəcək.

Hindistanın baş naziri Narendra Modi və onun Bharatiya Canata partiyası müxalifət partiyalarının geniş ittifaqına qarşı ardıcıl üçüncü müddətə namizədliyini irəli sürüb.

Sonuncu dəfə 2019-cu ildə seçkilərdə qalib gələn Modi 20-dən çox partiyanın yaratdığı müxalifət bloku ilə rəqabət aparacaq. Sorğulara görə, hakim partiyanın üçüncü dəfə ümumi seçkilərdə qalib gələcəyi gözlənilir.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki