image-2000x150px
image-123
image-ads_atlas
image-upload-01-pic_32ratio_900x600-900x600-40598backend

Honda avtomobillərinin mühərrikində ciddi problemlər tapılıb

image-728x90px

Honda və Acura 248 999 avtomobili təmir üçün geri çağırır.

Bu barədə Motor1.com xəbər verir.

Geri çağırılma 2018-19 Honda Odyssey, 2016 və 2018-19 Honda Pilot, 2017 və 2019 Honda Ridgeline, 2015-20 Acura TLX və 2016-20 Acura MDX modellərinə aiddir. Bu avtomobillərin mühərriklərində problem olduğu müəyyən edilib. Honda deyir ki, krank şaftındakı istehsal qüsuru mühərrikin tutulmasına səbəb ola bilər.

Geri çağırılan avtomobillərin sahibləri artan mühərrik səs-küyünü, gücünün azaldığını, həmçinin güc blokunun nasazlığını göstərən Check Engine sensorunun işə salınmasını qeyd etdilər.

Bundan əvvəl məlum olmuşdu ki, Türkiyədə yeni milli avtomobil markası Very peyda olacaq, şirkət 2025-ci ildə elektromobillərin kütləvi istehsalına başlayacaq. Bursa vilayətinin Gəmlik rayonunda avtomobil istehsalı zavodunun tikintisi planlaşdırılır. İlk mərhələdə ildə 10 minə qədər elektromobil istehsal edilərək Avropa, Yaxın Şərq və Şimali Afrika ölkələrinə tədarük edilməsi planlaşdırılır.

Mənbə: Sabah

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki