image-2000x150px
image-16719005365010337878_1200x630backend

ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentinə zəng edib

image-728x90px

Dekabrın 24-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Salim bin Məhəmməd əl-Maliki dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.

Telefon danışığı əsnasında Azərbaycanla ICESCO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.

Dövlətimizin başçısı ərazilərimizin işğalı zamanı və işğaldan azad olunmasından sonra Azərbaycanın ədalətli mövqeyinin davamlı dəstəklənməsi və işğal dövründə ermənilərin torpaqlarımızda tarixi-mədəni abidələrimizi dağıtmaları barədə faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı ISESCO-nun və şəxsən Salim bin Məhəmməd əl-Malikinin fəaliyyətini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Salim bin Məhəmməd əl-Malikinin işğaldan azad edilmiş ərazilərimizə etdiyi səfərə görə də bir daha minnətdarlığını bildirib.

Dövlətimizin başçısı və ICESCO-nun Baş direktoru əməkdaşlığın bundan sonra da genişlənlənəcəyinə əminliklərini ifadə ediblər.

Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevi ICESCO-nun mənzil-qərargahına səfərə dəvət edib.

Dövlətimizin başçısı dəvəti minnətdarlıqla qəbul edib və öz növbəsində Salim bin Məhəmməd əl-Malikini ölkəmizə səfərə dəvət edib.

ICESCO-nun Baş direktoru dəvəti məmnunluqla qəbul edib və təşəkkürünü bildirib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ