image-n1karobka_ads
image-123
image-2_640backend

İlham Əliyev təbrik məktubları ünvanlayıb

image-ad_qayo_720x110px

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru  Piter Kosqrova bu ölkənin milli bayramı günü münasibəti ilə təbrik məktubu göndərib.

Doğru.az-ın xəbərinə görə, məktubda deyilir:

“Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Avstraliya münasibətlərinin son vaxtlar genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim sülh və firavanlıq arzulayıram”.

Dövlət başçısı bu gün Hindistan Respublikasının Prezidenti Pranab Mukhercini də təbrik edib:

“Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Hindistan arasındakı münasibətlərin xoş ənənələri mövcuddur. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki