image-2000x150px
image-123
image-ads_atlas
image-a47c1fce-659c-492c-a817-9d312d574e59_640-jpgbackend

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər – FOTO

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hoteldə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, “Ağalı” hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Foyenin sağ və sol hissələrində restoranlar fəaliyyət göstərəcək. Birinci mərtəbənin sağ qanadında 60 nəfərlik tədbir otağı, həmçinin işgüzar görüşlər üçün 20 nəfərlik iclas zalı mövcuddur. Sol qanadda isə xüsusi qonaqların qarşılanması üçün tədbir zalı və 76 nəfərlik restoran var.

Hotelin ikinci və üçüncü mərtəbələri eyni tipli otaqlardan ibarətdir. Hər mərtəbədə 39 otaq var. Həmçinin, hotelin hər mərtəbəsində fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş otaqlar da mövcuddur. “Ağalı” hotelinin zirzəmi hissəsində qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes mərkəzi yaradılıb.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında tikintisi davam edən beynəlxalq hava limanları azad edilən ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.

Bu barədə President.az xəbər verir.

image-43a64b54-cc7f-4ed0-bbb9-e769b0a6ebc8_640-jpg image-83431b1a-8b1f-4476-aa28-da29378e1a14_640-jpg image-3ced0311-608d-4b03-84c4-74397fccf25e_640-jpg image-7563413c-b1ab-4cca-816b-150615693ae4_640-jpg image-fff398e7-9176-4543-934f-9507bd696228_640-jpg image-fff398e7-9176-4543-934f-9507bd696228_640-jpg-1 image-872140a8-f6d1-48d9-b102-926d9b72a511_640-jpg image-24678f97-1d8f-4070-ace7-86906bb778e2_640-jpg image-6c8ecefc-bd9b-4867-9a8e-ebc39eb2fd51_640-jpg image-05a35a1f-ebbd-4f55-af6e-28cf94f83152_640-jpg image-f54027b5-5164-4f11-8d25-83e8c6a3b812_640-jpg image-dceb1b5c-5320-4bc8-9ce8-57ba0904546f_640-jpg image-2cb69b64-f90b-4c8d-94da-49b05725c3c6_640-jpg image-8ea79196-dda8-48ef-a2fa-e891728ffe0d_640 image-a6b11f69-12bc-4f59-b9a2-8b23ee4aa738_640 image-acaa6841-9df7-4194-aaed-2b7b23939c84_640 image-061dd7ab-9163-4a1f-b59b-9fc1bb8265f2_640 image-05fdc136-f2a1-4b81-a720-3903eb7c3b83_640 image-c678b80e-1e34-484d-99a1-ea771a3add8e_640 image-ffea432d-5946-4cb8-a997-e6e767f4bb97_640 image-8ac49a9e-03c0-4160-9f87-5d04a05a443a_640 image-121db225-b048-4068-8159-4ca6b96e228c_640 image-6305263b-e447-43f4-97cc-8f80f6890f29_640 image-32dfe4a1-a8dd-4bc9-a5f3-355ff8d692e1_640 image-d1774624-ab47-45cc-90c8-89547dd67b17_640 image-906e5c41-f8e3-4fb0-b0e3-8d5b56937637_640-jpg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki