image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-10-07t131141-688backend

İlham Əliyev Vladimir Putini təbrik etdi

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığın perspektivləri və yeni təmaslar ilə bağlı məsələləri müzakirə ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki