“iPhone 15 Pro” və “Pro Max” flaqman smartfonlarının ilk sahibləri qadcetlərdən istifadə və ya enerji doldurarkən onların güclü qızmasından kütləvi şəkildə şikayətlənirlər.
Bu barədə Bloomberg yazır.
Mənbənin sözlərinə görə, istifadəçi şikayətləri Apple forumlarını və Reddit və X (keçmiş Twitter) kimi sosial şəbəkələri bürümüşdür. Yeni məhsulların sahibləri iddia edirlər ki, FaceTime-da oyunlar, audio və video zənglər zamanı smartfonun arxa və yan hissələri çox qızır. Bəziləri şarj edərkən cihazın daha da qızdığını iddia edir.
Apple texniki dəstək işçiləri telefonla əlaqə saxladıqda istifadəçiləri şirkətin internet saytında isti və ya soyuq iPhone ilə necə davranacağını izah edən məqaləyə yönləndirirlər. Sənəddə qeyd edilir ki, cihazın həddindən artıq qızması ilk dəfə resurs tələb edən proqramların işə salınması, enerjinin doldurulması və ya yeni cihazın quraşdırılması zamanı baş verə bilər.
Mənbə: Bloomberg