image-ads_n1karobka_mobile
İranda son sutkada rekord sayda insan koronavirusdan ölübbackend

İranda son sutkada rekord sayda insan koronavirusdan ölüb

İranda bir gündə rekord sayda – 434 insan koronavirusun qurbanı olub.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda ümumilikdə, 35 298 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada 7 719 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 620 491-ə yüksəlib.

Məlumatda həmçinin 5 244 nəfərin ağır vəziyyətdə olduğu, 486 691 nəfərin isə sağaldığı vurğulanıb.

 
///Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki