İraqın şərqində yerləşən Kut şəhərində hipermarketdə baş verən yanğın faciə ilə nəticələnib.
Doğru.az xəbər verir ki, İraqın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ticarət mərkəzindəki yanğında ölənlərin sayı 61 nəfərə çatıb. Rəsmi açıqlamaya əsasən, çox sayda insan güclü tüstüdən əsasən tualet hissəsində boğularaq həyatını itirib.
Bundan əlavə, 14 cəsədin şəxsiyyəti hələlik müəyyən olunmayıb. Hadisə zamanı yanan binadan 45-dən çox insanın xilas edildiyi bildirilir. Hazırda araşdırmalar davam edir.
DOĞRU.AZ