image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220418_193817_967backend

İşğaldan azad olmuş rayonlarda bərpa işlərinə start verildi – İlqar Kərimov

image-728x90px

Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Dövlətimizin əsas məqsədi azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda beynəlxalq müstəvidə yeni reallıqları qəbul etmək və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.

BMT, İslam Əməkdaşlıq təşkilatı, Atətin Minsk qrupu və Avropa ittifaqı ilə təmaslar və yaxşı münasibətlər müharibədən sonra intensiv xarakter almışdır. Azərbaycan Beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqəsi var. Bütün qazanılmış nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub. Azad edilmiş torpaqlarda daxili imkanlar hesabına bərpa olunur. Bizə heç kim, heç bir yardım göstərmir nə işğal dövründə nə də sonra.

Ağdam və Fizuli şəhərlərinin Baş planı təsdiqlənib və işlərə start verilib. Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisinin nəzərdə olması, İranla Azərbaycan arasında körpülərin, dəmir yolunun inşasının davam etməsi, Şuşa şəhərinin içməli su layihələrinin prioritet məsələ olması, azad edilmiş torpaqlarda taxıl əkininin genişlənməsi, suvarma işlərinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

Dövlətimiz real işlərin tərəfdarıdır və gələcəkdə bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var. Öz məqsədimizə çatmaq üçün bundan sonrada bütün imkanlardan istifadə edəcəyik. Bölgədə sülhün bərqərar olması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır.

YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki