image-n1karobka_ads
image-123
image-17522943553882921997_1200x630backend

İsmayıllıda zəlzələ qeydə alınıb

image-ad_qayo_720x110px

İyulun 12-də səhər saat 07:18-də İsmayıllı rayonunda yeraltı təkanlar baş verib.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, təkanlar Piriqulu stansiyasından 10 kilometr qərbdə, İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4 bala, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub.

Hazırda hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki