İspaniyada daşqınlar nəticəsində 250-yə yaxın insan itkin düşüb.
Bu barədə “El Español” qəzeti mənbələrə istinadən yazır.
“Səlahiyyətlilər itkin düşənlərin sayının təxminən 250 nəfər ola biləcəyini düşünür”, – materialda deyilir.
Nəşr bu məlumatın rəsmi təsdiqini tapmadığını vurğulayır. Daşqından zərər çəkmiş ərazilərdə axtarış tədbirləri davam edir.
Daha əvvəl İspaniyada daşqınlar nəticəsində ölənlərin sayının 158-ə yüksəldiyi bildirilirdi.
DOĞRU.AZ